Türkiyənin İzmir vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, qayıqda 33 qanunsuz miqrant olub.
Miqranatlar sahil mühafizəçiləri tərəfindən Dikili rayonunda saxlanılıb.
Onların hamısı Əfqanıstandan olan gəlmələrdir. Miqrantlar müvafiq orqanlara göndərilib.