Bakıda uşaqlara siqaret satan satıcılar cərimələnib

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məlumatları satan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcılar – R.Həsənov və Ə.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Share: