ABŞ-ın Oreqon ştatında yaşayan 63 yaşlı Debra Makkenanın 47 il əvvəl itirdiyi üzük Finlandiyada meşəlik ərazidə tapılıb.
Milletinsesi.az xəbər verir ki, Debra adlı xanıma üzüyü 1973-cü ildə sevgilisi verib. Lakin xanım üzüyü itirib. Üzük Finlandiyanın cənub-qərbindəki Kaarina qəsəbəsində meşəlik ərazidə təsadüfən metal detektor vasitəsiylə tapılıb.
Üzüyün üzərindəki hərflər vasitəsiylə onun ABŞ-da yaşayan şəxsə aid olduğu müəyyən edilib. Axtarışlardan sonra həmin şəxsin Debra adlı xanım olduğu üzə çıxıb. (publika.az)