Neftçalada ikimərtəbəli ev yanıb

Neftçala rayonunun Qırmızıkənd kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli, dam örtüyü qamışdan ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Share: