Kivi ekzotik meyvə olub, kartofa bənzəyir.
Vətəni Çin hesab olunur, amma çox Şərq ölkələrində yetişir.
Milletinsesi.az medicina.az-a istinadən kivinin orqanizmə bilmədiyini təsirini araşdırıb.
Bu giləmeyvə tərkibində askorbin turşusu olmağa görə meyvələr arasında rekord vurur. 1 ədəd meyvədə 90 qram C vitamini – yəni askorbin var.
Bundan başqa:
– Protein, lipid, mürəkkəb karbohidratlar, liflər, vitaminlər, minerallar, antioksidantlar, pektin, flavanoidlərlə zəngindir.
– İmmuniteti möhkəmləndirir – elə C vitamini bolluğuna görə belə təsir edir. Gündə 2 ədəd kivi yemək orqanizmin müdafiə gücünü artırır
– İnfeksiya və viruslardan qoruyur – hər gün bir ədəd kivini bir az balla qarışdırıb yemək öskürək, virus və qripdə kömək edir
– Onkoloji xəstəliklərin qarşısını alır- burda yenə də rolu askorbin turşusu oynayır ki, o təbii antioksindantdır, bədxassəli şişlərin qarşısını alır. Əgər kimdəsə artıq bu xəstəlik varsa, hər gün 3 ədəd kivi yeyə bilərlər.
– Ürək-damar sistemini qoruyur
Damarların divarlarında piy-lipid qalıqlar yığılır, qanla toksinlər düşür.
Müntəzəm olaraq kivi yemək damar divarını möhkəmlədir, elastikliyini artırır, xolesterin və lipidi parçalayır.
– Təzyiqi salır – ürəyə düşən yükü azaldır, təzyiqi salır
– Qan dövranını artırır – qırmızı qan hüceyrələrini çoxaldır, qanazlığı ilə mübarizə aparır, tromb əmələ gəlməsinə qarşıdır
– Böyrəklərdən duzu təmizləyir – Daş və qumu olanlara kivi çox məsləhətdir
– Həzm sistemini yaxşılaşdırır – qəbizliyi, həzm pozuntusu olanlar üçün lazımdır. Bağırsaqları şlak və toksinlərdən təmizləyir