Bakıda boğazında ət tikəsi qalan azyaşlı qız ölüb

Bakıda bədbəxt hadisə baş verib.

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 2013-cü il təvəllüdlü Rəhimova Şəhanə Taryel qızının boğazında ət tikəsi qalıb. Nəfəs yolları tutulan azyaşlı yaşadığı evdə ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Share: