Sumqayıtda 40-50-ci illərdə inşa edilən binalar söküləcək

Sumqayıtda köhnə yaşayış binaları söküləcək.

Bu barədə Trend-ə açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilib.

Məlumata görə, şəhər ərazisində sökülməsi nəzərdə tutulan binalar ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binalarıdır:

“Həmçinin şəhər ərazisində 200-ə yaxın yaşayış binasının dam örtüyü, fasadları təmir olunacaq, 600 binanın istilik sistemi bərpa ediləcək. Prosesə bu il start veriləcək”.

Share: