Xedira qayıdır

“Yuventus”un futbolçusu Sami Xedira yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Qol.az “Calciomercato”ya istinadən xəbər verir ki, o, A seriyasının 25-ci turunda SPAL-a matçda oynamağa hazır olacaq. Bildirilir ki, baş məşqçisi Maurisio Sarri şans verəcəyi təqdirdə, alman yarımmüdafiəçi sözügedən görüşdə iştirak edəcək.

Qeyd edək ki, S.Xedira dekabrda sol dizindən əməliyyat olunmuşdu.

Share: