Çempionlar Liqasında həftənin rəmzi komandası

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi heyətdə öz meydanında “Valensiya”nı məğlub edən (4:1) “Atalanta”dan 4 futbolçu yer alıb. Turnirin son qalibi “Liverpul”dan isə heç kim siyahıda yoxdur.

Qapıçı: Peter Qulaçi (“Leyptsiq”)

Müdafiəçilər: Renan Lodi, Felipe (“Atletiko”), Konrad Laymer (“Leyptsiq”), Hans Hatebur (“Atalanta”)

Yarımmüdafiəçilər: Denis Çerışev (“Valensiya”), Saul Niqes (“Atletiko”), Remo Froyler, Mario Pasaliç, Yosip İliçiç (“Atalanta”)

Hücumçu: Erlinq Haland (“Borussiya”).

Share: