İran hökuməti koronavirusa görə möminlərə çağırış etdi

İranın Səhiyyə Nazirliyi möminləri Qum və Ərəkdəki müqəddəs yerləri ziyarət etməyi təxirə salmağa çağırıb.

Report xəbər verir ki, bu qərar ötən gün koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş üç halla bağlıdır. Belə ki, yoluxanların hər 3-ü İran vətəndaşıdır və xəstəxanalarda müalicə olunur.

Bununla yanaşı, Qum şəhərində tələbə və turist düşərgələri, konfrans, seminar və digər tədbirləri keçirməyi də təxirə salmaq tövsiyə olunur.

Share: