Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Report xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.