Yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Milletinsesi.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.
***
Yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində daha bir zəlzələ qeydə alınıb.
Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.