Partlayıcıları tapmaq üçün istifadə ediləcək ‘kiborq çəyirtkələr’

Vaşinqton Universitetinin araşdırmaçıları məlumat göndərən və böcəklərin qoxu hisslərini istifadə edən bir sistem yaratdı. Nəticədə əldə edilən kiborq çəyirtkələr, bombaların tapılmasında istifadə ediləcək.

Baranı Raman iyləyərək bomba tapma işi üçün başqa bir canlı növünü istifadə etməyə qərar verdi və çəyirtkələrdə qərarlaşdı. Araşdırmalar nəticəsində Amerikaya xas çəyirtkə növündən kiborqlar hazırlandı.

Böcəklərin iyləmə duyğu neyronları, antenalarında var. Çəyirtkələr, bu antena sayəsində də havadakı kimyəvi maddələri təyin edə bilir. Bu canlılar bir qoxuyla qarşılaşdıqlarında beyinlərinin antena qisiminə elektrik siqnalları göndərilir. Hər bir çəyirtkə antenasında orta hesabla 50.000 neyron var.

Araşdırmaçılar çəyirtkələr üzərində keçirilən təcrübələrdə, havaya TNT və DNT də daxil olmaq üzrə bir çox partlayıcı maddə qoxusu və yanıcı olmayan bəzi maddələrin qoxularını buraxdılar. Nəticədə çəyirtkələrin, fərqli qoxuları qəbul etdiklərində fərqli neyronlarının aktivləşdiyi müəyyən edildi. Bu da çəyirtkələrin partlayıcı maddələrlə digər maddələri ayıra bildiyini, hətta partlayıcı maddələr arasındakı fərqi belə ayırd edə bildiyini göstərir.

İstifadə edilən yeddi çəyirtkə, orta hesabla 80% uğurlu nəticə verdi. Tək çəyirtkə ilə edilən sınaqlarda bu nisbət 60% oldu.

Share: