İranda 6 nəfər koronovirus səbəbilə həyatını itirib. Türkiyədən İrana gedən gedən TIR sürücüləri virusla bağlı narahat olduqlarını bildiriblər.
Baş verən ölümlərdən sonra Türkiyə ilə İran arasındakı Gürbulak sərhəd keçid məntəqəsində bir sıra tədbirlər həyata keçirilib. Gömrük işçiləri plastik əlcək, maska və dezinfeksiyaedici maddələrdən istifadə etməyə başlayıblar.
İrandan Türkiyəyə gələnlər pasport nəzarətindən əvvəl sərhəd qapısında tibii yoxlanışından keçirlər. Qızdırma, öskürək və burun axması kimi xəstəlik əlamətləri olanlar içəriyə buraxılmırlar.
Eyni zamanda, sərhəd məntəqəsinin girişində qızdırma ölçən kamera quraşdırılacaq. İşçilərə koronavirus tədbirləri mövzusunda təlim keçiləcək.
Qum şəhərində baş verən ölüm hadisələri haqqında eşitdiyini deyən İranlı yük maşını sürücüsü maska taxmaq və daim əl yumaq barədə onlara xəbərdarlıq edildiyini bildirib./teleqraf