Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında yazıb.
O qeyd edib ki, müzakirə mövzusu koronovirus və ondan qorunma yolları olub:
“Azərbaycan Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefonla danışdım. Qonşu ölkələrdə mövcud olan koronovirusa qarşı mübarizə ilə bağlı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında müzakirələr apardıq”.