Bakıda fəhlə faciəli halda ölüb.
Hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü qapı küçəsində yerləşən metal qırıntıları sexində baş verib
Həmin sexdə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Səlimov Zaur Qulu oğlu sexdə olarkən metal qırıntılarını yük avtomobilinə yükləyərkən Nəcəfov Eldar Qədim oğlu “KamAz” markalı həmin yük avtomobilini arxaya verib. Həmin vaxt Z. Səlimov maşının altında qalaraq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci(əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb. (trend)