Bu dairənin 9 məntəqəsinin nəticələri ləğv edildi

MSK-nın iclasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə namizəd Əflan İbrahimovdan daxil olmuş şikayətə baxılıb.

Milletinsesi.az xəbər verir ki, MSK üzvü İlkin Şahbazov şikayətin qismən təmin edilməli olduğunu deyib və həmin seçki dairəsi üzrə 9 məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib.

MSK həmin seçki dairəsi üzrə 9 məntəqədə seçkinin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.

 

Share: