Messi ilə eyni klubda oynamaq istəyir

“Mançester Siti”nin futbolçusu Bernardo Silva “Barselona”nın hücumçusu Lionel Messi ilə eyni komandada oynamaq istəyir.

Qol.az  xəbər verir ki, bu barədə portuqaliyalı oyunçu “SER Catalunya”ya müsahibəsində deyib:

“Kriştiano Ronaldo ilə milli komandada oynayıram. Messi ilə də eyni klubun şərəfini qorusam, tarixin ən yaxşı futbolçuları ilə oynadığımı deyə bilərəm. “Mançester Siti” və ya “Barselona” fərq etməz. Onun eyni klubda oynamağı istəyərəm”.

Share: