Koronavirusa görə film çəkilişi dayandı

Dünyanı cənginə alan koronavirus film sektoruna da təsirini göstərib.

Axşam.az xəbər verir ki, artıq İtaliyaya da yayılan xəstəlik səbəbilə “Mümkünsüz tapşırıq” filminin oradakı çəkilişləri dayandırılıb.

Baş rolunda Tom Kruzun oynadığı filmin çəkilişinin davam edib-etməyəcəyi 1 mart tarixində bilinəcək.

Qeyd edək ki, filmin çəkiliş heyəti hazırda oteldədir və oradan çıxmırlar. Koronavirus səbəbilə futbol matçları, moda və incəsənət tədbirləri , hətta Venesiya karnavalı belə təxirə salınıb. İndiyədək ölkədə 7 nəfər koronavirusdan ölüb.

Share: