İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1.“UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027; 2015, № 3, maddə 286; 2016, № 7, maddə 1282; 2017, № 8, maddə 1521; 2018, № 8, maddə 1779; 2019, № 11, maddə 1751) 3-cü hissəsinin “Komissiyanın üzvləri” bölməsində “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri” sözləri ilə, “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin və həmin hissədən “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə UNESKO-ya bildiriş göndərsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 646) ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 3.3.13-cü yarımbəndinə “öhdəliklərin” sözündən sonra “, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud” sözləri əlavə edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; 2019, № 2, maddələr 218, 236, № 4, maddə 625, № 5, maddələr 848, 855) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə:

1.1.1. 7.1.1-ci yarımbəndin “Tədbir 1.1.4: KOS evinin yaradılması” yarımbəndinin ikinci abzasında “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)” sözləri “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözləri ilə, 7.2-ci bəndin dördüncü abzasının adında “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)” sözləri “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözləri ilə, 7.2-ci bəndin dördüncü abzasının birinci və ikinci cümlələrində, 7.3-cü bənddə hər iki halda, 7.3.1-ci yarımbəndin “Tədbir 3.1.1: KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi” yarımbəndində və “Tədbir 3.1.2: KOS-un beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılmasına dəstək göstərilməsi” yarımbəndinin ikinci abzasının ikinci cümləsində, 7.3.2-ci yarımbəndin “Tədbir 3.2.1: İxrac assosiasiyalarının inkişaf etdirilməsi” yarımbəndinin ikinci abzasının birinci cümləsində və beşinci abzasında, 7.4-cü bəndin üçüncü abzasının birinci cümləsində, 7.4.2-ci yarımbənddə hər iki halda ismin müvafiq hallarında “AZPROMO” sözü ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” üzrə:

1.2.1. “10. Tədbirlər Planı” hissəsində:

1. 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərin “Tədbirin adı”, “Əsas icraçı” və “Digər icraçılar” sütunları aşağıdakı redaksiyada verilsin:

Tədbirin adı Əsas icraçı Digər icraçılar
1.3.1. Sənayedə istifadə olunmayan aktivlərin mərkəzi reyestrinin yaradılması İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi
1.3.2. Mərkəzi reyestrə daxil olan aktivlərin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi

2. həmin hissəyə aşağıdakı məzmunda 1.3.1-1-ci və 1.3.2-1-ci yarımbəndlər əlavə edilsin:

Tədbirin adı Əsas icraçı Digər icraçılar
1.3.1-1. Sənayedə istifadə olunmayan təbii resursların mərkəzi reyestrinin yaradılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi
1.3.2-1. Mərkəzi reyestrə daxil olan təbii resursların qiymətləndirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi

3. əlavə edilmiş 1.3.1-1-ci və 1.3.2-1-ci yarımbəndlərin “İcra müddəti” sütununa müvafiq olaraq “2017”, “2018–2020” rəqəmləri daxil edilsin;

4. 2.1.1-ci, 2.1.2-ci və 3.1.1-ci yarımbəndlərin “Digər icraçılar” sütununda “AZPROMO” sözü “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözləri ilə əvəz edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.3.1. 4.3-cü bəndin yeddinci abzasının üçüncü cümləsində “Turizm Şurasının” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.3.2. “7. Strateji hədəflər” hissəsində 7.1-ci bəndin birinci abzasının ikinci cümləsində, 7.1.4-cü yarımbəndin “Tədbir 1.4.4: 2020-ci ildən sonra çimərlik turizminin təşviqi üzrə fəaliyyət planının hazırlanması” yarımbəndinin birinci abzasının birinci cümləsində, 7.2.1-ci yarımbəndin “Tədbir 2.1.2: Turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə işçi qrupların yaradılması”, “Tədbir 2.1.3: Strateji Yol Xəritəsinin prioritetlərinin nəzərdən keçirilməsi və icrasına başlanılması üçün mövcud proqramlara zəruri dəyişikliklərin edilməsi məqsədilə təkliflərin verilməsi” və “Tədbir 2.1.4: Prioritetlərin həyata keçirilməsi üçün monitorinq sisteminin yaradılması” yarımbəndlərinin birinci abzaslarının birinci cümlələrində, 7.2.5-ci yarımbəndin “Tədbir 2.5.2: Azərbaycanda aviaşirkətlərin sayının artırılması məqsədilə uyğun qiymətə xidmətlər təklif edən şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasının dəstəklənməsi” yarımbəndinin üçüncü abzasının ikinci cümləsində, 7.3.1-ci yarımbəndin “Tədbir 3.1.2: Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” yarımbəndinin birinci abzasının ikinci cümləsində, “Tədbir 3.1.3: Qalaaltı, Naftalan və Duzdağdakı mövcud yerləşdirmə alternativlərində, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması” yarımbəndinin birinci abzasının birinci cümləsində, “Tədbir 3.1.4: Bakı və Naftalan arasında sürətli və yüksəkkeyfiyyətli avtobus və qatar xidmətlərinə başlanılması” yarımbəndinin birinci abzasının ikinci cümləsində, 7.3.2-ci yarımbəndin “Tədbir 3.2.1: Nəqliyyat seçimlərinin yaxşılaşdırılması” yarımbəndinin birinci abzasının üçüncü cümləsində, “Tədbir 3.2.2: Qış turizm mərkəzlərində iclas, beynəlxalq konfrans və digər işgüzar tədbirlərin keçirilməsi” yarımbəndinin birinci abzasında, 7.4.1-ci yarımbəndin “Tədbir 4.1.1: Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üçün işçi qrupun yaradılması” yarımbəndinin birinci abzasında, “Tədbir 4.1.5: Digər sektor nümayəndələri üçün maarifləndirici seminarların təşkili” yarımbəndinin birinci abzasında ismin müvafiq hallarında “Turizm Şurası” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.3.3. “7. Strateji hədəflər” hissəsində “7.2.1. Prioritet 2.1. Turizm Şurasının fəaliyyətinin təşkili” sözləri “7.2.1. Prioritet 2.1. Turizm sektorunda koordinasiyanın təşkili” sözləri ilə, “10. Tədbirlər Planı” hissəsində isə “2.1. Turizm Şurasının fəaliyyətinin təşkili” sözləri “2.1. Turizm sektorunda koordinasiyanın təşkili” sözləri ilə əvəz edilsin;

1.3.4. 7.2.4-cü yarımbəndin “Tədbir 2.4.1: Beynəlxalq hava limanlarında, eləcə də bütün sərhəd buraxılış məntəqələrində viza verilməsi mexanizminin asanlaşdırılmasının nəzərdən keçirilməsi” yarımbəndinin birinci abzasının üçüncü cümləsində və 7.2.5-ci yarımbəndin “Tədbir 2.5.1: 1.1-ci prioritetdə müəyyən edilmiş Bakı şəhərinin 2017–2020-ci illər üzrə marketinq və kommunikasiya planına paralel olaraq liberal hava nəqliyyatı üzrə razılaşmaların əldə edilməsi məqsədilə işçi qrupun yaradılması” yarımbəndinin birinci abzasının ikinci cümləsində “Turizm Şurasının tərkibində” sözləri “Dövlət Turizm Agentliyinin daxilində” sözləri ilə əvəz edilsin;

1.3.5. 7.1.3-cü yarımbənddə “Tədbir 1.3.6: Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin olunması və onların fəaliyyətinin təşkili” sözləri “Tədbir 1.3.6: Xarici prioritet bazarlarda nümayəndəlik ofislərinin yaradılması” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin birinci abzasının birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi müvafiq dövlət qurumları ilə birlikdə” sözləri “Azərbaycan Turizm Bürosu” sözləri ilə, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin edərək, onların fəaliyyətini” sözləri “turizm nümayəndəlik ofislərinin yaradılmasını” sözləri ilə əvəz edilsin;

1.3.6. “10. Tədbirlər planı” hissəsi üzrə:

1. 1.3.6-cı yarımbəndin “Tədbirin adı” sütununda “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin olunması və onların fəaliyyətinin təşkili” sözləri “Xarici prioritet bazarlarda nümayəndəlik ofislərinin yaradılması” sözləri ilə əvəz edilsin;

2. 3.1.3-cü yarımbəndin “Digər icraçılar” sütunundan “, Turizm Şurası” sözləri çıxarılsın;

3. 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərin “Əsas icraçı” sütununda “Turizm Şurası” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin və “Digər icraçılar” sütunundan “Dövlət Turizm Agentliyi,” sözləri çıxarılsın;

4. 4.1.5-ci yarımbəndin “Əsas icraçı” sütununda “Turizm Şurası” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin və “Digər icraçılar” sütunundan “Dövlət Turizm Agentliyi” sözləri çıxarılsın;

1.3.7. “Mündəricat” hissəsinin 7.1.1-ci yarımbəndində, “1. QISA XÜLASƏ” hissəsinin “Cədvəl 1. Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlər üzrə gözlənilən nəticələr” bölməsinin 1.1-ci bəndinin ikinci sütununda, “4. Strateji baxış” hissəsinin 4.2-ci bəndinin dördüncü abzasının ikinci cümlələrində, “7. Strateji hədəflər” hissəsinin 7.1-ci bəndinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.1.1-ci yarımbəndinin adında, “Tədbir 1.1.1: Milli Turizm Təbliğat Bürosunun yaradılması” yarımbəndinin adında və birinci abzasının birinci cümləsində, “10. Tədbirlər planı” hissəsinin 1.1-ci bəndinin adında, 1.1.1-ci yarımbəndinin “Tədbirin adı” sütununda, 1.1.3-cü, 1.1.4-cü, 1.2.1–1.2.4-cü, 1.2.7–1.2.9-cu, 1.2.11-ci, 1.2.12-ci, 1.3.1–1.3.5-ci, 1.4.5-ci, 1.4.8-ci, 2.3.4-cü yarımbəndlərinin “Əsas icraçı” sütununda, 1.1.5-ci, 1.2.5-ci, 1.2.6-cı, 1.2.13-cü, 1.4.3-cü, 1.4.6-cı, 2.3.1-ci, 2.3.2-ci, 2.5.3-cü, 3.1.2-ci, 3.1.4-cü, 3.2.1-ci və 3.2.3-cü yarımbəndlərinin “Digər icraçılar” sütununda “Milli Turizm Təbliğat” sözləri “Azərbaycan Turizm” sözləri ilə, “4. Strateji baxış” hissəsinin 4.2-ci bəndinin beşinci abzasının dördüncü cümləsində “Milli Turizm Təbliğatı” sözləri “Azərbaycan Turizm” sözləri ilə əvəz edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” üzrə:

1.4.1. 7.1.1-ci yarımbəndin “Tədbir 1.1.5: Ərzaq məhsullarının istehsalı, idxalı, ehtiyatları və ticarət axınları üzrə vahid elektron informasiya portalının yaradılması” yarımbəndinin birinci abzasında, 7.6.1-ci yarımbəndin “Tədbir 6.1.1: Regionlarda meyvə, tərəvəz, kartof və bostan məhsulları üzrə topdansatış və logistika xidmətlərini həyata keçirən bazar infrastrukturu obyektlərinin qurulması” abzasının birinci cümləsində və 7.6.2-ci yarımbəndin “Tədbir 6.2.2: Kənd təsərrüfatı və ərzaq məhsulları üzrə tədarük sisteminin inkişaf etdirilməsi” abzasının ikinci cümləsində “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin;

1.4.2. “10. Tədbirlər planı” hissəsi üzrə:

1. 1.1.5-ci, 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü, 5.3.3-cü, 5.3.4-cü, 5.3.6-cı, 6.1.3-cü və 6.2.3-cü yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC” sözləri “Aqrar tədarük və təchizat” ASC” sözləri ilə, 6.1.1-ci və 6.2.2-ci yarımbəndlərin “Əsas icraçı” sütununda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, 6.1.1-ci və 6.2.2-ci yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri çıxarılsın;

2. 1.3.2-ci, 7.3.4-cü, 7.4.1-ci, 8.1.1-ci, 8.2.3-cü, 8.4.1-ci, 8.4.2-ci, 8.4.3-cü, 8.4.5-ci və 8.4.6-cı yarımbəndlərin “Əsas icraçı” sütununda “Nazirlər Kabineti” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi, ” sözləri çıxarılsın;

3. 3.2.4-cü, 4.5.2-ci, 4.7.1-ci yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununa “Nazirliyi,” sözündən sonra, 4.4.2-ci və 8.1.4-cü yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununa “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Qida Təhlükəsizliyi Agentliyi,” sözləri, 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununa “Nazirliyi” sözündən sonra “, Qida Təhlükəsizliyi Agentliyi” sözləri və 8.2.9-cu yarımbəndin “Digər icraçılar/Tövsiyə” sütununa “yerli” sözündən əvvəl “Qida Təhlükəsizliyi Agentliyi, ” sözləri əlavə edilsin;

4. 4.5.1-ci və 4.5.3-cü yarımbəndlərin “Əsas icraçı” sütununda “Aqrolizinq” ASC” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi, ” sözləri çıxarılsın;

5. 9.3.1-ci yarımbəndin “Əsas icraçı” sütununda “Ədliyyə Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə” sütununa “İqtisadiyyat” sözündən əvvəl “Ədliyyə Nazirliyi, ” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununda “AZPROMO-nun” sözü “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözləri ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı:

Sıra №-si İnformasiya sisteminin və ehtiyatının adı
1 2
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə
1.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sisteminin “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemi
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə
2.1. “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
2.2. “Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri” informasiya sistemi
2.3. “Fərdi elektron pəncərə” elektron məlumat sistemi
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə
3.1. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
3.2. Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi
3.3. Ünvan Reyestri İnformasiya Sistemi
4. Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə
4.1. Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə informasiya ehtiyatı
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi üzrə

5.1. Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi
6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə
6.1. İcazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron informasiya sistemi
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə
7.1. Milli Təhsil Məlumat Bazası
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə
8.1. Tibb kadrlarının vahid reyestri
9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə
9.1. Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi
9.2. Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi
10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə
10.1. Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı
11. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə
11.1. Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi
12. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə
12.1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri
12.2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi
12.3. “Şagird-məzun” dövlət elektron məlumat sistemi
13. Dövlət Miqrasiya Xidməti üzrə
13.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
14. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə
14.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsində

vahid elektron informasiya sistemi

15. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə
15.1. Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin “Analitik Monitorinq Sistemi”
16. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə
16.1. “Azərsu” ASC-nin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi
17. “Azərişıq”Açıq Səhmdar Cəmiyyəti üzrə
17.1. “Azərişıq” ASC-nin abunəçiləri üzrə “Əhali” abunə informasiya bazası
18. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz”

İstehsalat Birliyi üzrə

18.1. Qaz abunəçiləri üzrə informasiya ehtiyatı

 

Share: