Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: