“Çelsi” hələ belə uduzmamışdı

Çempionlar Liqasının 1/8 finalında Londonda “Bavariya”ya uduzan (0:3) “Çelsi” antirekord müəyyənləşdirib.

Qol.az xəbər verir ki, bu, “zadəganlar”ın avrokuboklar tarixində ilk böyükhesablı ev məğlubiyyəti olub.

London klubu həm də doğma meydanda Almaniya komandaları ilə qarşılaşmalarda ilk dəfə böyük hesabla uduzub.

Qeyd edək ki, “Bavariya” və “Çelsi” arasında cavab görüşü martın 18-də Münhendəki “Alyans Arena” stadionunda olacaq.

Share: