İtaliyada koronavirusdan ölənlərin sayı 11-ə çatıb

İtaliyada koronavirus qurbanlarının sayı 11-ə, yoluxanların sayı isə 322 nəfərə çatıb.

Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, virusun son qurbanı 84 yaşlı kişidir.

Ümumilikdə isə İtaliyada koronavirusdan vəfat edənlərin orta yaş həddi 80-dir.

Bu gündən başlayaraq, dövlət qurumları karantinə götürülən yaşayış məntəqələrinin siyahısını dərc edib.

Share: