Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulacaq.
Qol.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əsas diqqətlər Madirdə yönələcək. Burada “Real” “Mançester Siti”i qəbul edəcək.
Günün digər qarşılaşmasında isə “Yuventus” “Lion”un qonağı olacaq.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.
26 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)
“Santyaqo Bernabeu” stadionu
00:00. “Lion” (Fransa) – “Yuventus” (İtaliya)
Baş hakim: Jesus Gil Manzano (İspaniya)
“Olimpik Lion” stadionu
25 fevral
“Çelsi” – “Bavariya” – 0:3
“Napoli” – “Barselona” – 1:1
20 fevral
“Atalanta” – “Valensiya” – 4:1
“Tottenhem” – “Leyptsiq” – 0:1
19 fevral
“Atletiko” – “Liverpul” – 1:0
“Borussiya” – PSJ – 2:1