Bakıda qazanxanadan 135 minlik avadanlıq oğurlandı

Bakıda qazanxanadan 135 minlik avadanlıq oğurlandı

Bakıda şirkətlərdən birinin qazanxanasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, zərərçəkən şirkət rəhbərliyi Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135000 manat olan istilik sistemləri və avadanlığın oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlığın bir qısmini satdıqlarını bildiriblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. E.Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Share: