Bakıda bayram yarmarkaları açıldı

Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, istehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb.

Qeyd edək ki, yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.

Share: