Türkiyə Naxçıvana uçuşları dayandırdı

Türkiyə Hava Yolları Naxçıvan istiqamətində uçuşları müvəqqəti olaraq dayandırıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Hava Yollarının İdarə Heyətinin sədri İlkər Aycı deyib.

Onun sözlərinə görə, Naxçıvana uçuşlar müvəqqəti dayandırılsa da, Bakı və Gəncəyə uçuşlar normal qrafiklə davam edir.

İ.Avcı həmçinin Cənubi Koreyada Seula uçuşları azaltdıqlarını vurğulayıb. O bildirib ki, 250-dən artıq təyyarə dezinfeksiya edilib.

İ.Avçı koronavirusla bağlı 12 riskli ölkə olduğunu və lazım gələrsə, onlara da uçuşların dayandırılacağını deyib.

 

Share: