Donuz qripinə yoluxan müğənnidən növbəti pis xəbər

“Donuz qripi”nə yoluxan türkiyəli müğənni Nilufərdən daha bir məyusedici xəbər gəlib.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, müğənninin ağciyərində iltihabi proses gedib.

Həkimlər Nilufərin “donuz qripi” səbəbi ilə istifadə etdiyi dərmanların onun ağciyərini sıradan çıxardığını bildiriblər.

Xatırladaq ki, müğənni daha əvvəl süd vəzi xərçəngindən əziyyət çəkib.

Share: