Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem Bakı Metropoliteni QSC-nin fəaliyyətində çətinliklər yaradıb.
Bu barədə Milletinsesi.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirilib.
Bununla belə, onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb.
“Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb”, – deyə o, qeyd edib.
***
B.Məmmədov Milletinsesi.az-a bildirib ki, artıq adları çəkilən 3 stansiyaya da dayanıqlı elektrik enerjisi verilib və bütün stansiyalarda hərəkət bərpa edilib.