Ötən gecə Əsəd qüvvələrinin İdlibin Bilyun qəsəbəsində Türkiyə ordusuna havadan hücum nəticəsində 33 türk əsgər şəhid olub, 32 əsgər isə yaralanıb.
Milletinsesi.az xəbər verir ki, buna cavab olaraq Türkiyə genişmiqyaslı əməliyyatlara başlayıb.
Türkiyə Silahlı Qüvvələri rejim güclərinə aid hədəflərin dəqiq vurulduğu anlara aid yeni görüntüləri paylaşıb.