Ana 2 yaşlı qızını boğub öldürdü

Nyu-Yorkda yaşayan 28 yaşlı Lin Li adlı qadın 2 yaşlı qızını boğaraq öldürüb.

Qəddar ana altını isladan körpəsinin başını su ilə dolu qabın içərisinə soxaraq həyatına son qoyub. Psixoloji problemi olan qadın hadisədən bir gün öncə eyni cinayəti oğluna qarşı da edib. Amma xöşbəxtlikdən oğlan sağ qalıb.

Məhkəmədə prokuror ananın 35 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə isə Lin Linin 18 il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Bundan əlavə körpələr evinə verilən oğlu ilə ananın təmasına qadağa qoyulub./teleqraf

Share: