Ən qədim ibadət hansıdır?

Din və məzhəblərin tarixini araşdıran zaman bu nəticəyə gəlinmişdir ki, bütün dinlərdə ən qədim ibadət namaz olmuşdur.

Həzrət Adəmin (ə) və Həvvanın yerdə qərar tutmasından başlayaraq, Allah namazı o insanlara vacib etmişdir.

Həzrət Nuhun (ə) gəmisinin pəncərələri və deşikləri var idi ki, oradan nur gəminin içinə daxil olurdu. Bu yolla namazın vaxtını müəyyən edirdilər.

Həzrət İbrahim (ə) həyat yoldaşı və övladını Kəbə evinin kənarında qoyan zaman əllərini göyə qaldırıb, belə dua etdi: “Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyil etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükür etsinlər”. (“İbrahim” 37).

O zaman ki, Həzrət Musa (ə) Tur dağına gəlir, Allah Təala ona buyurur: “Şübhəsiz, Bu, Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, Həzrət İsa (ə) beşikdə Allahın izni ilə belə danışır: “(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib. Və məni harada olsam, bərəkətli bir vücud edib və nə qədər ki, sağam – mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb”. (“Məryəm (s.ə)” 30-31).

Bundan əlavə, başqa peyğəmbərlər (ə) də namazın İlahi vacibat olduğunu vurğulamışdılar. O cümlədən: Şəys, İdris, Yunus, Saleh, İsmayil, İshaq, Yəqub, Lut, Şuəyb, Davud, Zəkəriyya, Əyyub…

Ona görə də deyə bilərik ki, namaz ən qədimi ibadətdir ki, Allah onu insanın yaradılışından bəri vacib buyurmuş və bütün dinlərdə İlahi vacibat kimi qərar vermişdir. Çünki namaz dinin sütunudur, ancaq onun vasitəsilə İlahi qürb məqamına çatmaq olar.

Baxmayaraq ki, hər bir dində özünəməxsus namaz qılınır, ancaq yerinə yetirdiyi bu ibadətlərin adı namazdır.

Allah bütün həqiqi namazları qəbul etsin və bizləri xalis namazqılanlardan qərar versin. Amin!

Share: