Ağdaş rayonunun Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev səhhətində yaranan problemlərlə əlaqədar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə cağırış edib.
Milletinsesi.az xəbər verir ki, S.Nuralıyevin yaşadığı ünvana gedən həkim briqadası lazımı tibbi yardım edən zaman xəstə bir neçə gün əvvəl İran İslam Respublikasından Azərbaycana qayıtdığını bildirib. Həkim briqadası bundan sonra S.Nuralıyevi Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və o, İnfeksion Xəstəliklər Şöbəsinə yerləşdirilib.
S.Nuralıyev xəstəxanaya yerləşdirildikdən 14 gün sonra evə buraxılacaq.//Report.az