Azərbaycan teatrına ağır itki üz verib.
Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.
Bu barədə teatrın aktyoru İlham Əsədov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci ildə Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Uzun illər bu teatrın aktyoru olub. 1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.
Bir neçə gün əvvəl Xalq artistinin nəvəsinin toy mərasimi keçirilmişdi.