I HİSSƏ
TARİX YARADAN 713 VƏ 713-ÜN UNUTDURULAN TARİXİ
1992-ci ildə döyüşlərilə tarix yaradan 713 nömrəli hərbi hissənin döyüşçüləri o laqeydliyi, o biganəliyi aradan qaldırmaq, gerçəyi olduğu kimi tarixə həkk etmək üçün keçdiyi döyüş yolunu anbaan yetişən nəslin diqqətinə çatdırmaqda israrlıdı…
Baxmayaraq ki, çoxları tərəfindən unutdurulmağa çalışılsa da, ancaq 2 dəfə Laçın koridorunu tam nəzarətə götürməklə 713 nömrəli hərbi hissənin döyüşçüləri qəhrəmanlıq səhifələrilə dolu bir tarix yazmışdı.
Bu kontekstdə 713-ün qəhrəman döyüşçülərindən olan ALMƏMMƏDOV FÜZULİnin, eləcə də digər döyüşçülərin xatirələri həm qürurverici, həm də gözyaşardıcıdır. Buyurun, siz də oxuyun və bu xatirələri zaman-zaman oxuyacaqsınız…
Bir həmlə ilə yaranan inam və qaçan düşmən
…1992-ci ilin oktyabr hüçumlarında Hocaz dağının düşməndən alınmasında 713 nömrəli hərbi hissənin döyüşçüləri əsil rəşadət nümunəsi göstərdilər. Oktyabrın 7-də Hoçaz dağını ələ keçirən qüvvələrimiz artıq Laçının tezliklə bizim olacağına tam əmin idilər. Bu döyüşdə düşmən 4 tank, 1 BMP, 1 Ural maşını, 1 zenit qurğusu, xeyli silah -sursat qoyub mühasirədə məhv olacaqlarından qorxub gecə ilə qaçıb getdi.
Yaşarın sərrast atəşi düşməni dayandırdı
Düşmənin sürətli hücumu və Yaşarın sərrast atəşlə qabaqda gələn tankı vurması qarşı tərəfi əməlli-başlı ayıltdı. Zərbə yaxından və tutarlı olduğu üçün hərəkət dayandı. Canlı qüvvənin qarşı meşəlikdən çıxaraq sepşəkilli irəliləməsi bizə burada qalmağın çətin olacağından xəbər verirdi. Geri çəkilmək, Hoçazdağın zirvəsində mövqe tutmaq lazım idi. Mənim əlimdəki “PKA” pulemyotunu maqazinlə birlikdə daşımaq böyük enerji, güc tələb edirdi. Ancaq baçarmırdım. Rəhmətlik Sədi maqazinləri götürüb “gəl gedək” dedi. “Bunu burada atmaq olmaz” deyib hərəkətə başladı. Düşmənə atəş aça-aça Hoçazdağa tərəf geri çəkildik. Mişnidən Qaranın geri çəkilərkən düşməni ləngitməsi və yoldaşların deyilən yerə çatması özlüyündə böyük şüçaət idi.
Düşmən dağı almaqda israrlı görünürdü. 2 gün əvvəl qənimət kimi ələ keçirdiyimiz tanklardan biri ilə Hoçaza çıxan dar yol kəsilmişdi. Tankistlər isə düşmən tanklarını gözləyirdi. Nəhayət itkisiz döyüş ücün münasib , əlverişli mövqeyə çatdıq…
Ədalətin rotası yolun içində. Rəhmanın rotası isə Hoçazdağın zirvəsinə qalxdılar. Ağır döyüşlər başladı…
Sus dağını adlayan düşməni Hoçazda 713 qarşıladı
Ümumiyətlə götürəndə düşmən LAÇINLA paralel SUS dağından Hoçaza qədər məsafəni heç bir müqavimətlə rastlaşmadığından bu səddi də asanlıqla aşacaqlarına şübhə etmirdi. Ançaq qarşılarında dayanan 713- olduğundan xəbərsiz idilər. Rəhmanın rotasından olan Qəşəm, Asəf, Bakıdan olan Asəf (Malış), Arif, Zöhrab, Rafael, Mişnidən Ehtiramın ayağı tutulduğundan məsləhət olmadı cıxsın, Mahmud, eləcə də Pircahandan olan Sahib və yadımdan cıxan digər qardaşlar dağın zirvəsundən düşmənin irəlləməməsi üçün tutarlı zərbələr endirirdilər. Yolun icində düşmənlə üzbəüz Ədalətin rotası dayanmışdı. Bizimlə bərabər LAÇINA qovuşacağımıza əmin olan rəhmətlik Sədi də qalmışdı.Yolun üstündə də döyüşən qardaşlardan yadımda qalanlar bunlar idi: Yaşar, Rəhman Qarayev, Qaryağdı Kəlbəcərli, alxaslılardan Emin, Vüqar, İman qardaşları, mən və adı yadımdan cıxan digər qardaşlarla Ədalət. Mən bu gün çox təəssüf edirəm, ermənilərin hücumu ərəfəsində toplar və qradlar bizimlə əlaqədən çıxdılar. Qaryağdının briqadanı əməlli-başlı söyməsi hələ də yadımdan çıxmaz. “Köməkləri” isə telefon əlaqəsindən çıxmaqları oldu. Beləcə 713 -ün elə də böyük olmayan qüvvəsi 5 tank, 1 BMP və sayı təxminən 300-dən yuxarı olan canlı düşmən qüvvəsilə üz-üzə döyüşürdü. Hər iki rota düşmənə layiqli müqavimət göstərməyə başladı. Yolun içində pusquda dayanan tankımızın bir neçə atəşinə düşmən tərəf onlarla mərmi atdı. Xoşbəxtlikdən tankı vura bilmədilər. Dağın zirvəsindən güclü atəşə məruz qalan ermənilər bizim sağımızdakı səngərlər tərəfindən təzyiqi artırmışdılar.
Briqada komandirliyi və artilleriya susurdu
Bizim sağımızdakı qayalıqlara ermənilər cıxıb bizə atəş acırdılar. Ancaq tutarlı cavabla qarşılaşdılar. Tanklar isə qayalıqlara ardıcıl fasiləsiz zərbələr endirirdilər. Ə.Elcibəy hakimiyyəti isə Bakıda parad kecirirdi. Briqadanın komandir heyətindən, artilleriyadan isə səs-səmir yox idi. Ançaq 713 öz şəxsi iradəsinə söykənib düşmənə müqavimət göstərirdi. İşlətdiyimiz silahlar, avtomat pulemyot, qranatamyot idi.Tankın oradan çıxıb başqa istiqamətə gəlməsi hec cür mümkün deyildi. Tankistlər yaxın məsafədən atılan mərminin təsirindən kantuziya almışdılar. Tankı dar yolda qoyub, çıxıb yanımıza gəlmişdilər. Tankı idarə edənin birinin adı yadımda qalıb, Mingəçevirdən idi, adı da Elsevər idi. Beləliklə, tankdan da əlimiz üzüldü. Təkrar yaxınlaşmaq qeyri-mümkün idi. İstər dağdakı, istərsə də yolun içində duran qardaşlar düşmənə layiqli zərbələr endirirdilər…
“713-ün inadı düşməni özündən çıxarmışdı”
“… Saat təqribən 5-ə qədər düşmənə layiqli müqavimət göstərdik. Döyüşdə komandirin atdığı addım əsgəri daha da dözümlü, daha da iradəli edir. Ədalətin belə keyfiyyətini xüsusi qeyd etmək yerinə düşərdi. Onun belə davaranışları, hərəkətləri yolun icində olan qardaşlara inam hissi aşılayırdı. Dağın zirvəsində olan qardaşlar isə bir an belə yorulmadan düşmənə irəliləməyə imkan vermirdilər. Hər əməliyyatdan zəfərlə cıxan Rəhmanın rotası bu döyüşü də qələbə ilə başa vuraçaqlarına əmin idilər. Ancaq düşmən qətiyyən geri cəkilmək belə istəmirdi. Düşmən tankları manevr edərək arxaya çəkilib yenidən zərbələr endirirdi. Axşamın düşməsi və 713-ün inadı düşməni özündən çıxarmışdı. Bayaqdan dağı almağa calışan düşmən indi texnikaları aparmaq barədə düşünürdü…
“Döyüş meydanı cəhənnəmi xatırladırdı”
“Texnikaları atıb qaçan ermənilər hücumun kəsərini daha da artırdılar. Artilleriya zərbələrindən döyüş meydanı cəhənnəmi xatırladırdı. Hoçaz yüksəkliyi uğrunda ölüm-dirim savaşı gedirdi. Hoçaz üzrə əməliyyatlara rəhbərlik edən Çinğiz Əliyevi səhər tezdən UAZ-ın arxasında texnika əleyhinə kicik topla “karyer”dən Laçın istiqamətinə keçdiyini gördük.
Hücum ərəfəsində onun necə qayıtdığından şəxsən mənim xəbərim olmadı. 714-ə komandanlıq edən Çingiz Əliyevin əsgərləri Hoçaz-Qaraqışlaq hündürlüklərində mövqe tutmuşdular. Hərbi ehtiyatlarımız artıq tükənirdi. Düşmən isə döyüşün sonunu öz xeyrinə həll etmək istəyirdi.Tank və BMP-ni nə qədər cəhd edib götürmək istəsələr də, imkan vermirdik. Ermənilər yolun içində az bir qüvvənin belə müqavimət göstərməsindən və texnikaları götürə bilməmələrindən tam məyus olmuşdular. Ancaq köməyə bərk ehtiyacımız var idi. Bakıdan olan Faiq adlı bir əsgəri kömək göstərmələri üçün 714-ün mövqelərinə göndərdik. Allah qəni-qəni rəhmət eləsin Ülfətə, xəbəri eşidən kimi rotanı sepşəkilli düzərək bizim səngərlər tərəfə gəlməyə başladı. Gələn köməyi aralıdan görən ermənilər hücumla vidalaşıb kor-peşiman geri qayıtdılar”…
“BƏHMƏNİN YARALANMASI BİZİ MƏYUS ETDİ”
..UAZ -n minaya düşməsi, rəhmətlik BƏHMƏNin yaralanması xəbərindən çox məyus olduq. UAZ-ın qabaq sol təkəri minaya düşdüyündən BƏHMƏNin ayağının birini tamamilə qırıb atmış, o biri ayağını isə yaralamışdı. Partlayışın gücü UAZ- ı yolun altına meşəliyə atmışdı. Beləliklə günün birinci yarısında 1 şəhid 3 yaralı ilə yoldaşlarımızı itirdik. Gün ərzində bir nəfər döyüşçü yoldaşımız da yaralandı. Bu yaralı ƏFRAYIL kişi idi. Bizim artilleriya düşmən səngərlərinə tutarlı zərbələr endirirdi. Hər mərmi düşdükcə ƏFRAYIL kişi yerindən qalxıb sevincək halda “əla”- qışqırırdı.
Dəfələrlə onu inandımaga çalışsaq da, düşmən tərəfin snayperləri bizim səngərləri nəzarətdə saxlayır, bizə məhəl qoymurdu. Növbəti atəş, ƏFRAYIL kişi artıq düşmən snayperinə tuş gəlmişdi. Ağır bədən cüssəsinə malik bu adamı daşımaq cox kömək tələb edirdi. Köməkləşib UAZ minaya düşən yerə qədər apardıq. Orada həkimə təhvil verib , öz mövqelərimizə qayıtdıq. Mən onun şəhid olduğunu bilirdim. Sonradan onun sag qaldıgını eşitdim.
Düşmən vertalyotları bizim üstümüzdən uçuşlar edərək bizi qorxuya salmaq istəsələr də buna əhəmiyyət belə vermirdik. “MOLDAVİYADAN GƏLƏN AZƏRBAYCANLI”, YOXSA “ERMƏNİ KƏŞFİYYATÇISI”!? Musanın tabeliyində olan rusdillilər bizim solumuzda özləri üçün post qurmuşdular. Minamyotla düşməni bir an belə dinc buraxmırdılar. Düşmən tərəf isə atəş nöqtəsini susdurmaq üçün o istiqamətə zərbələr endirirdilər. Onların yanında olan, özünü Moldaviyada yaşayan azərbayçanlı kimi təqdim edən bir nəfərin erməni kəşfiyyatcısı kimi gəldiyini yoldaşlara desəm də, “ola bilməz” deyidilər. Adın bir necə dəfə soruşdum fərqli çavab verdi. Bir dəfə də soruşanda “adım VAQİFDİ” demişdi…
Soyuqbulağın içi ilə Hoçaza gələn yoldan bir MTB-be yolun altına sürüşüb düşmüşdü. Növbə ilə kəndə dincəlməyə gələndə onun texnikadan pulemyotu sökdüyünü gördüm. Kimdən icazə aldığını soruşanda “komandir bilir” cavabını verdi…
II HİSSƏ
Komandirimiz SÜLEYMAN ƏHMƏDOVun Hoçaza “HÜCUM!” əmri
…Agdərədən Lacına dönmüş 713-ün HOÇAZ dağına hüçum planı komandanlıq tərəfindən çoxdan hazırlansa da, ancaq briqadanın bu hücumu ləngitməsinin səbəbləri hələ də bizə bəlli deyildi. Ürəyində vətən eşqi, düşmənə qarşı nifrət hissi olan ikinci rotanın komandiri Vaqif Quliyev kimi döyüşçünün şəhid olması 713-cü hərbi hissəyə dəyən ağır zərbə idi…
Ançaq buna baxmayaraq 713-cü hərbi hissənin əsgərləri öz döyüşçü soyuqqanlılıqlarını saxlamış, düşmənə qarşı daha da sərt şəkildə mübarizə aparma əzmini ortaya qoymuşdular….
Sentyabr ayının ikinçi ongünlüyündə Pircahanda Hoçaza hücum əmri verildi. O zaman videoçəkilişlə müşayiət olunan bu hücum ərəfəsində Laçın koridorunu bağlamaq, bununla da düşməni diz cökdürmək tapşırıgı verildi. 713-cü hərbi hissənin komandiri, mayor SÜLEYMAN ƏHMƏDOVun “Sağa dön, addımla marş!” əmri ilə döyüşçülər hərəkətə başladılar. Bütün növ hərbi və qida ehtiyatımızı götürüb, MİŞNİ kəndinə tərəf istiqamət aldıq…
“ÇAYIN QIRAĞINA ÇATANDA QRANATAMYOTDAN ATƏŞ AÇILDI”
Hərbi hissənin tərkiibində Musanın tabeliyində olan rusdillilərin səs-küyü dayanmırdı. Birinci rotanın komandiri RƏHMAN İSGƏNDƏROVun döyüşçüləri başqa istiqamətdə getdiyi ücün bizdən aralanmışdılar. 3-cü və 2-ci rota birgə hərəkət edirdi. Gecənin qaranlığı, yolların sərt qayalıqlardan keçməsi, eyni zamanda yükümüzün ağırlığı bizi taqətdən salmışdı. Bələdçimiz rəhmətlik BƏHLUL kişi idi. Bir cərgəli hərəkət diqqətli olmağı tələb edirdi.
Artıq qabaqda yoldaşlar çayın qırağına çatmışdı. Birdən qranatamyotun partlaması, sonra isə “vaaay, öldüm!” qışqırtısı bizdə belə bir təsəvvür yaratdı ki, yəqin pusquya düşdük. Hətta təşviş o həddə catdı ku, hərbi hissəmizin qərargah rəisinin köməkçisi olan rəhmətlik Mehdi ucadan hamını təmkinli olmağa çagırdı. Sən demə silahı hazır vəziyyətdə saxlayan bu qardaş yıxılır, bunun da zərbindən atəş açılır. Arxada hərəkət edən və xəsarət alan qardaşımızın biri XASAY olub. İkinçi hələ ki, məlum deyil. Onları geriyə – Pircahana göndərdik, özümüz isə SOYUQBULAQ tərəfə hərəkət etdik…
“YORULAN ƏSGƏRLƏRƏ SÜLEYMAN ƏHMƏDOVUN ÖZÜ KÖMƏK EDİRDİ”
Bir yandan sərt yoxuşlar, başqa bir yandan da götürdüyümüz yükün ağırlığı olduqca çətin idi. Rəhmətlik Süleyman Əhmədov yorulub taqətdən düşən əsgərlərə kömək edərək möhkəm olmaları ücün ürək-dirək verirdi.
Nəhayət sübh tezdən SOYUQBULAQ kəndinə catdıq. Kəndin içindən kecib meşəliyə çatanda hava işıqlaşmışdı. Çox cəkmədi ki, Laçın polisləri də gəlib bizim bərabərimizə çatdılar.
“”DAĞIN BAŞINA GEDİB, QAYIDIRAM” DEMİŞDİ, ANCAQ QAYITMADI”
… Beləliklə, HOÇAZ dağına tərəf irəliləməyə başladıq. Maraqlı idi ki, qarşı tərəfdə olan hündürlükdə ermənilər səngər qurmamışdılar.. Polislər sağ tərəfdən, biz isə sol tərəfdən hündürlüyə dırmanmağa başladıq. Ermənilər hücumu hiss etdiklərindən bizi atəşə tutmağa başlamışdılar. İstər Laçın polisləri, istərsə də 713-cü hərbi hissənin döyüşçüləri düşmənə qarşı döyüşə qəhrəmancasına başladılar.
Bizim artilleriya çox sərrast atəş açırdı. Arxa hissə düşmən tərəfdən çox aydın göründüyündən düşmən artilleriyası bizi rahat vura bilirdi. Rəhmətlik BƏHMƏN UAZ-la Soyuqbulağa gəlib çıxmışdı. Döyüşlər isə davam edirdi. Rəhmətlik MƏMMƏD həmişə mənimlə bir yerdə olurdu. Ancaq özünəməxsus inadkarlığı var idi. Məmməd qəflətən ayağa qalxdı, “dağın başına gedib, qayıdıram” dedi. Nə qədər dedim, danışdım, əhəmiyyət vermədi. Bizdən aralanıb getdi. Əcəl aparırmış. Bir-iki saat çəkmədi. Xəbər gəldi ki, MƏMMƏDİ vurdular. Mən çatanda rəhmətliyi artıq aşağı gətirmişdilər. Snayperlə başından vurmuşdular…
“ELƏ BİLDİK Kİ, UAZ-I TANK VURDU”
Birinçi gün bir polis kapitanı ayağından, Bəhlul kişi də gözündən yaralandı. Bəhmən UAZ- la Bəhlul kişini aparmağa gəldi. Ermənilərin yolda basdırdıqları mina gözdən yayınıbmış. Və bu da bizim üçün bir façiəyə yol açdı. Bəhlul kişi Məmmədi aparan BƏHMƏNƏ geri dönüb, yaralı polisi də aparmağı tapşırdı. Dəhşətli partlayışda elə bildik ki, UAZ-ı tank vurdu…
“Səngərə yaxınlaşanda mənə tərəf 2 dənə qumbara tulladılar”
…Hücumu başa çatdırmaq üçün əlavə qüvvələr kimi mayor Zəfərin batalyonu bizim müdafiə səngərlərinə göndərildi. Burada dayanmağın hər anı itki ilə başa gəlirdi. Buna baxmayaraq qayaların üstünə əsgərləri səpələyib artilleriya hədəfinə tuş etmək təcrübəsizlikdən başqa bir şey deyildi. Mayor Zəfər həddindən artıq əsəbi idi. Qışqırmaqla öz təcrübəsizliyini ört- basdır etməyə çalışırdı. Əsgərlərini öz əmrlərini ancaq və ancaq qaçaraq icra etməyə məcbur edir, hər hansı bir nöqsan hiss edəndə silahı əsgərə çevirib, atəş belə açmaqdan çəkinmirdi. Yüksək səs ilə ucadan qışqıraraq özündən başqa bir kəslə məsləhətləşməzdi. Ədalət komandir rota kimi özünə məxsus olan səngərləri gəzir, tez-tez yanımızda olurdu.
Gecə HOCAZda bərk duman oldu. Göz-gözü belə görmürdü.. Səhər tezdən mayor Zəfər təngnəfəs halda yanımıza gəldi. Hərəkətlərində yarı ciddi aktyorluq olan bu adam “tələsik hücuma kecməliyik” dedi….
“ƏDALƏT ERMƏNİLƏRİN SƏNGƏRİNİ KEÇİB ONLARIN İÇİNƏ GİRMİŞDİ”
…Polislər və dağın Hoçaz kəndi istiqamətində olan qüvvələr artıq dağda olan bir- neçə erməni səngərini ələ kecirmişdilər. Tank hücuma hazır vəziyətə gətirilmişdi. Mayor Zəfər tabeliyində olan əsgərlərə “irəli!” əmri verdi.
Qatı duman elə bil ki, bu hücumu gözləyirmiş. ƏDALƏT özündən kənara belə aralanmayan rəhmətlik TEYMURla bizim yanımıza gəldi. Vəziyyəti izah edib “getdik” dedi.
Biz yol ilə, Zəfərin batolyonu isə dağın üstü ilə hərəkətə başladıq. Tankın lüləsi saga-sola cox çətinliklə döndüyündən karlı bir iş aşıracağına gümanımız da yox idi. Mayor Zəfər isə elə hey “vperyod!” deyib qışqırırdı…
Rəhmətlik Ramiz də hücumda idi. ƏDALƏT qabaqda getdiyindən düz ermənilərin səngərlərindən keçib içərilərinə girmişdi.
III HİSSƏ
“Səbəb kimi erməni kəndlərini vurmağa icazənin olmadığını deyirdilər”
…Hoçaz dağında yerləşən ermənilərə qarşı irimiqyaslı hüçumu başa catdırmaq olduqça vaçib idi. Qayalıqlarda müdafiə məqsədilə səngər qurmaq mümkün deyildi. Atılan mərmilər qayalara dəydikçə daha da təhlükəli olurdu. Düşmən tərəf isə artilleriya zərbələrini bir an belə dayandırmırdı. Musanın minamyot atışlarından sonra isə düşmən daha da fəallaşırdı. Hücuma hazırlıq, eləcə də müdafiə məqsədilə 1 tank, 1 BMP briqadadan bizim yanımıza göndərildi. Tankın lüləsini düşmən tərəfə çevirmək üçün bir saat vaxt tələb olunurdu. Təcrürbəsizlikdən hər iki texnikanı açıq görünən yerdə saxlamışdılar. Düşmən artilleriyası da fasiləsiz olaraq o nöqtəni diqqətdə saxlayırdı. Budur növbəti bombardman, yenə də texnikalar hədəfdə.
Musanın tabeliyində olanlardan LYUDMİLA adlı tibb bacısı qışqırmağa başladı: “Köməyə gəlin” Musa artilleriya yağışına baxmayaraq səs gələn tərəfə qaçdı. Nə baş verdiyini soruşduq. Mərmi sürücünün üstünə düşmüş bir necə yerə parçalamışdı.. Musa məni köməyə çağırdı. Mən gələndə Musa çadırı açıb tikələnmiş hissələri yığırdı. Köməkləşib sürücünün dağılmış bədənini çadırın arasına yığıb bağladıq. Ətrafda hələ bir neçə yaralı da var idi…
YENƏ ARTİLLERİYA ZƏRBƏLƏRİ
…Düşmənin bu cür artilleriya atışlarına təəssüflər olsun ki, bizim artilleriya onların postların vurmaqla cavab verirdi.. Xoznavar kəndindən açılan atəşlərə atəşlə çavab verməyə içazə verilmirdi. Səbəb onu göstərirdilər ki, bizim erməni sərhəd kəndlərini vurmaq icazəmiz yoxdur.
Ancaq Mehdi başqa cür düşünürdü. Yenə artilleriya zərbələri… Yenə mövqeylərimiz tüstü, duman icində…. Qayalıqlarda düşmən əsgərinin hər bir hərəkətini izləyən döyüşçülər bunlar idi. Gündüz, Yunus, Qoşqar, Əsgər müəllim, İman və Vüqar Həsənquluyev qardaşları, Yaşar, Rəhman, Qaryağdı və adlarını unutduğum digər qardaşlar. Beləliklə artilleriya zərbələri ara vermirdi. Qayanın lap uc hissəsində dayanmış Gündüzün “kömək edin” kəlməsi hamımızın diqqətini o istiqamətə çəkdi. Artıq mərmi qəlpəsi Gündüzün ayağını pəncə tərəfdən kəsib atmışdı. Bu gün ərzində atılan axırıncı mərmi oldu. Eyni zamanda Yunus kantuziya aldı.
Qeyd etdiyim kimi, Mehdi “ermənilərin bu mərmi yağışına bir cavab verməliyik” deyib Soyuqbulağın üstündəki hündür zirvəyə çıxdı. Qradlara “mən deyən yerləri vurun”- dedi. Xoznavar ətrafından mərmi yağdıran düşməni susdurmaq lazım idi. Qradlar işə düşdü. Mehdi tədricən istiqaməti Xoznavar kəndinə tuşladı. Kənd tam hədəfə alınanda bütün mərmini kəndə atmağı əmr etdi. Xoznavar üç ğün tüstüləndi…
“Bir metr addım atmaq həyatla vidalaşmaq idi”
…Biz yaralını atəşdən qoruyaraq çətinliklə də olsa Musanın yerləşdiyi posta gətirə bildik. Düşmən artilleriyası bir neçə istiqamətdən bizim postların arxasına fasiləsiz olaraq zərbələr endirdiyindən yaralılara kömək etməyə gələn ZİL-131 lazım olan yerə gəlib çıxa bilmirdi. Bir metr addım atmaq həyatınla vidalaşmağa bərabər sayılırdı. Buna baxmayaraq Vüqarla Qoşqar əsgərin ağrılarına dözməyib onu həkim oturan çadıra daşıdılar…
Həmin döyüşdə bizim çoxlu yaralılarımız və şəhidlərimiz var idi. Bütün yaralılar uşaqların köməyilə həkimə çatdırılıb ilkin yardım göstəriləndən sonra arxaya Kəlbəcər istiqamətinə – qospitala yola salınırdılar. Ədalətdən isə hələ ki, heç bir xəbər yox idi. Mayor Zəfər isə gözə dəymirdi.
Nəhayət Sonasar tərəfə düşən Ədalət və Allahverdi də gəlib çıxdılar. Hamımız bikef idik….
MÖVCUD SƏNGƏRLƏR 714-Ə TƏHVİL VERİLDİ
Soyuqbulaq tərəfdən hücumları daha da kəsərli etmək, Hoçaz dagını düşməndən azad etmək məqsədilə yeni qüvvə olaraq Cingiz Əliyevin batalyonunu- 714- ü Soyuqbulağa göndərdilər. Çingiz Əliyev həm də Hoçaz əməliyyatına rəhbərlik edəcək şəxs qismində bura göndərilmişdi. Əfqanıstan döyüş təcrübəsi görmüş Çingiz Əliyev kifayət qədər hərbi bacarığa malik bir komandir idi.
Onunla oldugum zamanlarda hiss etdiyim bir şey diqqətimdən qaçmamışdı. O, kəşfiyyatı qələbənin bir nömrəli açarı hesab edirdi. 714-ün Soyuqbulağa gəlişindən sonra 713 Soyuqbulağa hücum üçün ehtiyata qayıtdı. Mayor Süleyman Əhmədov mövcud səngərləri 714-ə təhvil verdi.
“Sürücü maşını idarə etməkdən imtina etmişdi”
Zəfər yaralandığı üçün tabeliyində olan azacıq əsgərlərin kimə verildiyindən xəbərim olmadı. Çingiz Əliyev qərərgahını Soyuqbulaqda saldı. Hoçazda yerləsən qüvvələrin komandir heyətilə hücumun səmərəli və sərfəli başa catdırmagın yollarını axtarmaga başladı. Onu da qeyd edim ki, bizim batalyona məxsus ZİL-131 -in sürücüsü cətin dag yollarındakı agırlıgı nəzərə alaraq maşını idarə etməkdən imtina etmişdi. Mayor Süleyman Əhmədov Pircahandan gətiriləcək ərzağın əsgərlərə necə çatdırılaçagı barədə çox narahat idi. O, bizə xitabən “uşaqlar, sizlərdən maşın sürən var” – deyə soruşdu. Mən də cavabında “komandir, baçarıram, atam şoferdi” dedim. “Tez ol get, çörək, ərzaq yoxdur, get gətir” dedi.
Mən çətin yollarla tapşırığı yerinə yetirib qayıdanda Süleyman Əhmədovun sevincinin həddi- hüdudu yox idi. Beləliklə mənə ikinci bir iş də həvalə olundu…
Çingiz Əliyev Rəhman İsgəndərovu yanına çagırıb “gedək Mişniyə” dedi. Lacın polislərilə görüşüb hücuma hazırlaşmalıyıq, müzakirə edəcəyimiz vacib məsələlər var”.
Komandirlərin Mişni toplantısı
Rəhman İsgəndərov məni yanına cagırıb “bizi Mişniyə apar” dedi. Biz yola düşəndə artıq hava qaralmışdı. Mişnidə polislərin onları gözləyəcəkləri evə çatdıq. Çingiz Əliyev, Rəhman və mən içəri daxil olduq. Hoçaz dağına hücumun planları müzakirə olunmaga başladı. Çingiz Əliyev əvvəlcə erməni qüvvələrinin harada yerləşdiyini, hücum ücün hansı cinahlardan istifadə olunmasını, bütün bunlarla bağlı polislərdə hansı dəqiq məlumatların olduğunu öyrəndi. Onu da qeyd edim ki Çingiz Əliyevin batalyonu Soyuqbulağa gələndən 3-4 gün sonra bu əməliyyata hazırlıq başladı. Hoçaz əməliyyatına rəhbərliyi Çingiz Əliyev etsə də, əməliyyat planının hazırlanmasını, əsas koordinatların müəyyənləşdirilməsini, əsas hücumun hansı istiqamətdən təşkil edilməsini Rəhman İsgəndərov cızmışdı. Və Çingiz Əliyevin özü də bununla razılaşmışdı. Əsas həlledici məqam kimi Hoçaz dağının vışqa olan istiqamətdən vurulması məhz Rəhman İsgəndərov tərəfindən müəyyənləşdirilmişdi. Həmin istiqamətdən edilən hücum Hoçaz dağının alınmasında həlledici rol oynadı.
Çingiz Əliyev zabitlərlə ümumi məşvərətdən sonra belə qərar qəbul etmişdi:
“Sübh tezdən artilleriya erməni səngərlərini vursun. Həmin zərbələr davam edən zamanda, bu müddət ərzində əsgərlər heç bir atəş açmadan gözləsin. “Şakal!” komandası veriləndə bütün istiqamətlərdə hücum əməliyyatına başlanmalı idi…
Əsir erməninin etirafları
Gecə qarın yağmasını fürsət bilən ermənilər XOZNAVAR kəndinin qarşısındakı postlardan kecib bizim mövqelərə həmlə edərək döyüşçülərimizdən dördünü öldürmələri onlarda daha da qabağa getməyin asan olacağı ümidini yaratmışdı. Rəhmətlik ÜLFƏTİN öz rotası ilə qayalıgın QARIQIŞLAQ tərəfdən yolu nəzarətə götürməsi düşmən qüvvələri cıxılmaz duruma salmışdı.
Eyni zamanda rəhmətlik SƏDİ də əsgərlərlə qayalığı ƏLİ bulağı tərəfindən atəş altında saxlaması erməniləri mühasirə vəziyətinə salmışdı. Güclü qar yağdığından ermənilər döyüş meydanında 25 nəfərin cəsədini qoyub qaçmışdılar.
714-ün döyüşçüləri iki ermənini əsir götürmüşdülər. Bu iki nəfərdən biri 53 yaşlı Qarabağ ermənisi idi. O həm də düşmən tərəfində döyüşən 45 nəfərlik dəstəyə bələdcilik edirmiş. İkinci erməninin 24 yaşı var idi – LENİNAKAN ermənisi idi.
Əsirlərlə əsir qayda-qanunları ilə davranmağa başlandı. Ayaqqabıları soyunduruldu. Bələdcilik edən ermənini QORXMAZIN batalyonuna verdilər. Qorxmazgilin batalyonundan əsir düşən əsgərləri olmuşdu, onu dəyişmək üçün bu ermənilərdən birini onlara verdilər. Təəssüflər olsun ki, Mişnidə toyuq hininə salınmış erməni üstündəki toqqa ilə özünü asmışdı. Bizim payımıza düşən erməni isə bir güllə belə atmamışdı. Avtomatına baxanda bildik.
Həmin erməninin söylədiklərindən: “Anamdan başqa heç kimim yoxdur. Aidiyyatı instansiyalara bununla bağlı dəfələrlə söyləsəm də, heç fikir verən də olmadı. Korrupsiyaya bulaşmış qüvvələrin daha böyük gəlir əldə etmələri üçün müharibə faktoru ən gəlirli sahədir. Heç kimim olmasına baxmayaraq və anamın tək tənha qalmasına məhəl qoymayaraq mənə dedilər ki, ya özün getməlisən, ya da tələb olunan məbləği verməlisən. Mən də pul tapa bilmədiyindən döyüşə gəlmək məcburiyyətində qaldım”…
Əsirliyin dadını həmin erməniyə öz əməlləri, öz elədikləri çərçivəsində əməlli- başlı dadızdırdıq….
Biz yaralı və Şəhid qardaşlarımızın meyidlərini Soyuqbulağa gətirənə kimi artıq hava qaralmışdı…
IV HİSSƏ
713-ÜN HOÇAZDAKI SON DÖYÜŞÜNÜN TƏFƏRRÜATLARINDAN
..Düşmən inadında israrlı idi. Ermənistan nəyin bahasına olursa olsun Hoçaz dağını ələ keçirmək istəyirdi. Müxtəlif vaxtlarda bir-birinin ardınça edilən hücumlarda hər dəfə burunları ovulan dıgalar son hüçumu daha kəsərli etməyi arzulasalar da, yenə əliboş qayıtdı.
Dağların payızı gecələr soyuq oldugu üçün səhəri yarımmürgülü açmışdıq. Payız günəşi zəif işıgını ətrafa səpələdikcə, gecənin əziyyətini döyüş olmasa yatmaqla keçirmək istəyirdik. Növbəni dəyişmək üçün Soyuqbulaqdan gələn ikinci növbəni gözləyirdik. Bu növbənin komandirliyi mənə həvalə edilmişdi. Mustafayev Ədalət bizim postu üçnövbəli etmişdi. Növbə komandirləri mən, Qaryağdı və Qarayev Rəhman idi. Yaşar Ədalətin köməkçisi idi.
Beləliklə, son döyüş ğünü postda mən idim. Biz dağın zirvəsindən meşənin içi isstiqamətinə, kəndin üstündəki qayalıqda “karyer yolu”na nəzarət edirdik…
2- çi rotanın uşaqları isə bizdən yuxarıda dağın zirvəsinə yaxın qayalıqlarda mövqe tutub “karyer yolu”nu nəzarətdə saxlayırdılar. Orada olan yadımda qalan yoldaşlar Qəşəm, Alxanov Asəf, Sahib, Mahmud, Seyfulla qardaşı ilə Fuad və özləri xatırlaya biləcək digərləri idi. Hoçaz dağını düşməndən azad edərkən qənimət kimi ələ keçirdiyimiz tankın birini müdafiə məqsədi ilə meşədə yola nəzarət üçün komandanlıq gözləmə mövqeyində saxlatdırmışdı. Düşmənin gəlişi üçün tam hazır vəziyyətdə idik. Səhərin sakitliyin Laçın istiqamətindən, çayın üstü ilə iki “kobra” vertalyotunun bizim postlara uçuşu pozdu…
“YARALI ERMƏNİLƏR “ARA, AKBER” DEYƏ ZARIYIB AĞLAYIRDILAR”
Gecənin qaranlığında karyerin arxasında gəlib mövqe tutan düşmənin piyada qüvvələri texnikanın gəlişini gözləyirdi. Vertalyotların bizim səngərlərə uçuşu zamanı Avazlar tərəfdən tankların sürətlə gəldiyini gördük. Radiostansiya vasitəsilə ikinci rota ilə əlaqə qurdum. Asəf çavab verdi. Radiostansiyanın batareykaları ançaq “donuzlar gəlir, möhkəm olun!” kəlməsini deməyə yetdi. Mən onlara ehtiyatda qalan əsgərlərin kömək üçün Soyuqbulağa getmələrini demək istəyirdim…
Vertalyotlar bizim səngərin üstünə çatıb bombalamağa başladılar. Xoşbəxtlikdən bizim uşaqlardan heç kim bu zərbələrdən bir zərər görmədi. Erməni tankları bu bombardmandan tamam ürəklənmişdilər. Yəqin ki, “məhv oldular” deyib saymazyana gəlməyə başladılar. Düşmənin bu hücumu zamanı bizim səngərlərdən iki tank görünürdü. İkinci rotanın bizdən hündürlükdə mövqe tutmuşdu. Onlar daha geniş əraziləri müşahidə edə bilirdilər. Bizə xəbər verdilər ki, ermənilərin 4 tankı hücuma keçib. Bunlardan ikisi irəliləməkdə, iki tankları da “karyer”in arxasında gözləmə mövqeyindədir. Beləliklə, erməni tanklarından ikisi bizim səngərlərə doğru hərəkət etməyə başladılar, Hər tankın arxasında da 20-25 nəfər erməni əsgəri olardı.
Əsas piyada qüvvələr “karyer”in arxasında mövqe tutub tankların hara qədər gedəçəyini gözləyirdi. Orada olan yoldaşlar yaxşı xatırlayırlar, “karyer”dən Hoçaz dağına gələn yolda bir sərt döngə var idi. Qabaqda gələn tank, arxasında da dığalar döngəni burulub arxadakı tankın gözündən itənə qədər biz tərəfdən bir atəş də açılmadı. Məqsədimiz arxadan gələn erməni qüvvələrini duyq salmamaq idi. Meşənin içində olan bizim tankistlər artıq mühərriki işə salıb düşmən tankını müşahidə edirdilər. Sərt döngəni burulub bir xeyli hərəkət edən düşmən tankı artıq bizim tank tərəfindən hədəfdə idi. Xəyyamın 4-cü mərmisi düşmən tankını alovlandırdı. Ətrafı ilə gələn dığalar nə qədər tankı özlərinə səngər etmək istəsələr də, bu, alınmadı. 5 dəqiqə ərzində orada olan dıgaları məhv etdik. Bizim tankistlərin çağırışda kod adları “Robot” idi. Meşənin içində əla gözləmə mövqeyi tutan tankistlərimiz hərəkət edərək lap açıqlığa çıxdılar. Ermənilərin hərəkət edən tankı bizim tankı görüb atəş açdı. Yanacaq bakına dəyən mərmi Xəyyamı da yaralamışdı. Sonradan onların qabağa çıxmasının səbəbini soruşduq. Deyilənə görə, onlarla kimsə radioəlaqəyə girərək onlara “Robot, irəli!” əmri verib. O səbəbdən də tankistlər düz qayanın başına cıxıblar. Tankistlərlə ümumi müzakirələrdən sonra bəlli oldu ki, onlarla əlaqəyə girən ermənilər olub. Amma artıq gec idi, bizim öz tankımıza olan ümidimiz üzülmüşdü…
Arxadan gələn erməni tankı qabaqdakı tanka yaxınlaşanda yandığını görüb dönüb qayıtmaq istəyərkən qranatamyot yağışına düşdülər. Dığalar həmişəki kimi yenə də qurtula bilmədilər. Yaralı ermənilər “ara, akber” çağırıb zarıyırdılar…
(ardı var)…
İGİD TEYMURLU
milletinsesi.az