Koronavirus təkcə ölkələrin deyil, ayrı-ayrı iş adamlarının, milyarderlərin də büdcəsinə mənfi mənada təsir edib.
“Forbes” jurnalı sözügedən epidemiyaya görə, dünyanın ən çox maliyyə itkisi yaşamış milyarderlərinin onluğunu çap edib. Həmin onluğu təqdim edirik.
1. “Amazon”un rəhbəri Ceff Bezos. Onun itkisi 14,1 milyard dollardır.
2. Dünyanın dördüncü varlı şəxsi Uorren Baffet. Məşhur investor 9,8 milyard dollar itirib.
3. “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask isə 8,9 milyard dollar itki yaşayıb.
4. “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq 8,5 milyard dollar itirib.
5. “Oracle” şirkətinin banisi Larri Ellison 7,7 milard dolları ilə vidalaşmalı olub.
6. “Louis Vuitton” şirkətlər qrupunun rəhbəri və Avropanın ən varlı şəxsi Vernar Arnonun büdcəsindən isə 7,4 milyard dollar gedib.
7. “Google” şirkətinin banilərindən biri Larri Peyc 7,3 milyard dollar itirib.
8. “Google” şirkətinin digər rəhbəri Serger Brin isə 7 milyard dolları ilə vidalaşıb.
9. “Microsoft”un rəhbəri Bill Geyts 6,6 milyard dollar itirib.
10. “Zara” şirkətlər qrupunun banisi Amansio Arteqa isə 6,1 milyard dollar itki ilə siyahını tamamlayır.