Bakıda güclü külək qaz xətlərini zədələyib

Bakıda müşahidə olunan güclü külək iki yerdə daş hasarı aşırdaraq qaz xətlərini zədələyib.

“Azəriqaz” İB-dən Milletinsesi.az-a verilən məlumata görə, cüclü küləyin təsirindən Suraxanı rayonu, Zığ qəsəbəsi, S. Göyuşov küçəsində hasar 3 abonenti qazla təmin edən diametri 15 və 20 mm olan kəmərlərin üzərinə aşıb. Abşeron rayonu Saray qəsəbəsində isə aşan daş hasar 57 mm diametrində olan qaz xəttini və bir ədəd qaz sayğacını yararsız hala salıb. Nəticədə 70 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Hər iki yerdə “Azəriqaz” İB-nin əməkdaşları bərpa işlərinə başlayıb.

Share: