BMT-nin Suriya Araşdırma Komissiyasının Hesabatında Rusiyanın Hava Qüvvələrinin İdlibdə yaşayış məntəqələrinə hücum eləməklə hərbi cinayətlər törətdiyi bildilir.
BMT-nin Suriya üzrə Araşdırma Komissiyası Əsəd hökumətinin Suriyada səhiyyə məntəqələri və dinc əhalini vurmaqla dəfələrlə hərbi cinayət törətdiyini bildirib.
Milletinsesi.az xarici KİV-lərə istinadla xəbər verir ki, bütün bunlar Komissiyanın hesabatında öz əksini tapıb.
Hesabatda həmçinin, deyilir: “Suriya Demokratik Qüvvələrinin (YPG/PKK) nəzarəti altındakı bölgələrdə uşaqlar da daxil olmaqla, dinc əhalinin hüquqları pozulub”.
“Türkiyə dinc əhalinin zərər çəkməməsi üçün çox diqqətli davranır”
BMT-nin Müstəqil Beynəlxalq Suriya Araşdırma Komissiyasının üzvü Henni Meqalli deyib: “Türkiyə İdlibdə dinc əhalinin zərər çəkməməsi üçün çox diqqətli davranır”.