Hər bir olayın arxasında rus təyyarəsinin izi tapılır – BMT

Demək olar ki, hər bir olayın arxasında Rusiya təyyarəsinin izi tapılır.
Milletinsesi.az  xəbər  verir ki, bunu BMT-nin Suriya üzrə Müstəqil İstintaq Komissiyasının rəhbəri Paulo Pineyro bildirib.
Pineyro Əsəd rejiminin törətdiyi müharibə cinayətləri və ölkədəki humanitar vəziyyətlə bağlı hesabat yayıb.
“Son doqquz ildə qadınlar, uşaqlar və bütün suriyalılar getdikcə daha çox ağrı və çətinliklərlə üzləşməyə davam edir. Terrora qarşı mübarizə apardığını elan edən rejim hava və qurudan edilən hücumlar nəticəsində İdlibdə onlarla mülki vətəndaşın ölümünə səbəb olub. Bu hücumlarda mülki bölgələr, bazar yerləri, mülki sığınacaq düşərgələri və xüsusilə xəstəxanalar hədəf alınıb”, – hesabatda qeyd edilib.
Share: