Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Bolqarıstanı milli bayram münasibətilə təbrik edib.
Milletinsesi.az xəbər verir ki, nazirliyin təbriki Tvitter səhifəsində yerləşdirilib.
“Milli Bayram münasibətilə dost Bolqarıstan xalqına sülh və çiçəklənmə diləyirik. Biz inanırıq ki, iki ölkə arasındakı ənənəvi dostluq və əməkdaşlıq millətlərimizin rifahı üçün gələcəkdə də inkişaf edəcək”, – təbrikdə deyilir.