“Yuventus” – “Milan” oyunu da təxirə salındı

İtaliya kubokunun yarımfinalında “Yuventus”la “Milan” arasında bu gün Turində keçirilməli olan cavab qarşılaşması təxirə salınıb.

Qol.az xəbər verir ki, İtaliyada koronavirusun sürətlə yayılması səbəbindən yerli futbol federasiyası bu qarşılaşmanı da təxirə salıb. Hələlik matçın hansı tarixdə keçiriləcəyi bilinmir

Komandaların Milandakı ilk oyununda heç-heçə qeydə alınmışdı – 1:1.

Xatırladaq ki, koronavirus epidemiyasına görə A Seriyasının da bir neçə oyunu təxirə salınıb.

Share: