Ərdoğan Rusiyaya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yollanıb.

Milletinsesi.az xəbər verir ki, Türkiyə lideri səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə İdlib böhranını müzakirə edəcək.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Xəzinə və Maliyyə naziri Barat Albayraq, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun da Rusiyaya gedən nümayəndə heyətinin tərkibindədir.

 

Share: