Polis Ronaldinyonu saxladı

Polis Braziliya millisinin sabiq üzvü Ronaldinyonu Paraqvayda saxlayıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Barselona”nın sabiq oyunçusu Paraqvaya getmək üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.Dünən axşam saatlarında polis Ronaldinyonun qaldığı oteldə axtarış aparıb və onun adına olan saxta pasport tapıb. Sabiq futbolçunun bu gün prokurorluqda ifadə verəcəyi bildirilib.

Qeyd edək ki, Ronaldinyo borcları səbəbindən 2018-ci ildə pasportundan məhrum edilmiş və ölkədən çıxışına qadağa qoyulmuşdu.

Share: