Türkiyəli məşhur aktyor Levent Can infarkt keçirib.
Axşam.az xəbər verir ki, aktyor İstanbulda yerləşən özəl klinikaların birinə yerləşdirlib.
Bir neçə saat reanimasiyada qaldıqdan sonra aktyor palataya köçürülüb.
Sosial şəbəkədə paylaşım edən Levent vəziyyətinin yaxşı olduğunu bildirib:
“Hamınızı narahat etmişəm, üzmüşəm. Belə olmasını istəməzdim. Mən özüm də çox qorxmuşdum. İndi hər şey yaxşıdır. Axtaran, zəng vuran hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə aktyorun öldüyü haqqda xəbərlər də yayılmışdı.