Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda sərbəst buraxılıb.
Qol.az xəbər verir ki, dünya çempionu və qardaşı Assisin sənədləri saxtalaşdırması ilə bağlı ittiham geri götürülüb. Onlar isə səhvlərini etiraf etdikdən sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, Paraqvaya saxta sənədlə girməkdə şübhəli bilinən keçmiş yarımmüdafiəçinin saxlanılmasına martın 5-də order verilib. Polis Ronaldinyonun qardaşı ilə birgə qaldığı oteldə axtarış aparıb.