Aparılan araşdırmalar nəticəsində bir çox qidaların oxşarı olduğu orqanlara faydalı olduğu məlum olub.
Axşam.az həmin qidaları təqdim edir:
Zənfəcil – Mədə
Ürəkbulanması və mədə ağrılarında zəncəfilin müsbət təsiri var.
Üzüm – Ağciyər
Ağciyərlərin içində yerləşən alveollar kapiliyarlardakı karbon qazını alıb, və kapiliyarlara içlərindəki oksigeni verir. Üzüm də alveollara faydalı təsir göstərərək, ağciyər xərçənginin qarşısını alır.
Qramafonçiçək batat (şirin kartof) – Mədəaltı vəzi (pankreas)
Şirin kartof, pankreas xərçənginin böyüməsinin qarşısını alan B6 vitamini ilə zəngindir.
Göbələk – Qulaq
Tərkibində D vitamini olan göbələk karlığın qarşısını alır.
Pomidor – Ürək
Pomidorun tərkibindəki likopen ürəyib və qanın əsas qidasıdır. Ürəyi xəstəliklərdən qoruyan pomidor eyni zamanda C vitamini ilə də zəngindir.
Qreypfrut – Sinə
Qreypfrutun tərkibindəki limonoid südvəzi xərçənginin qarşısını alır.
Avokado – Uşaqlıq
Avokado uşaqlıq ağzı xərçənginin yaranmasına mane olur.
Qoz – Beyin
Qozun omeqa 3 və E vitamini ilə zəngin olması beyinə müsbət təsir edir.
Kök – Göz
Göz kürəsinin arxa divarını örtən, görmə hüceyrələrindən ibarət ağ təbəqə olan retinaya kökün tərkibində olan A vitamini müsbət təsir edir.
Kərəviz – Sümük
Kərəvizin tərkibində olan silisiumun sümüklərin bərkiməsində böyük rolu var.