BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Mart 28 2020
Son xəbərlər
Ana səhifə / Şəhidlər və şahidlər / Malxələf uğrunda gedən döyüş və Murova uzanan yol

Malxələf uğrunda gedən döyüş və Murova uzanan yol


 

 “Sağalmamış halda qospitaldan yarımçıq çıxdım”

I HİSSƏ

 1992-ci ilin yanvarından könüllü olaraq orduya yazılanların bir çoxlarının döyüş yolu 811 saylı Laçın özünümüdafiə batalyonundan başlanıb. Arif Paşanın komandanlıq etdiyi bu batalyonun Laçın rayonunun erməni işğalçılarından qorunması istiqamətində əvəzsiz xidməti olub. Sonradan bu batalyonun ləğv edilməsi istiqamətində o zamankı müdafiə nazirinin atdığı addım və bu addımın mahiyyəti zaman-zaman əsas müzakirə predmetlərindən birinə çevrilsə də, ancaq indinin özünədək bunun nədənləri araşdırılmayıb. O batalyonun döyüşçülərindən biri də FAİQ BƏXTİYAROV olub.

 

Faiq Bəxtiyarov bu batalyonun tərkibundə bir sıra qanlı döyüşlərdə iştirak edib. Sonradan Laçın ətrafında baş verən siyasi proseslər zamanı Faiq Bəxtiyarovun Bakıya gəlişi onu yeni formalaşan 713 nömrəli hərbi hissəyə bağlayır.  Conrakı proseslərlə bağlı 713 nömrəli hərbi hissənin döyüşçüsü Faiq Bəxtiyarov saytımıza ünvanladığı öz döyüş xatirələrində aşağıdakıları söyləyir:

 

“..Üçtəpə deyilən poliqonda təlim-məşqdə olanda 26 mayda səhər tezdən İbrahimov Zakir adlı bir baş leytenant bizə dedi ki, avtobuslar gəlib, gedirik Arifin polkuna. Uşaqlardan 25 nəfər qabağa çıxdı, mən də onların içində idim və biz getdik Laçına. Çox keçməmişdi ki, 16 iyunda Laçının Malxələf kəndi uğrunda gedən döyüşdə mən yaralandım. Ürək nahiyəmdən aldığım yara ağır olduğu üçün məni vertalyotla yenidən Bakıya qospitala gətirdilər. Yaralarım tam sağalmamış qospitaldan yarımçıq çıxıb Bünyad Sərdarovda yerləşən Laçın qərargahına gəldim.

 

 “Füzuli Rzaquliyev bu zabitlərlə Şuşaya gedəcəyimizi bildirdi”

 

Qərargaha gələndə Alış mənə dedi ki, bəs Rövşəngili Şamkəndə yola saldım. Beləcə mən 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə qatıldım. Məni orada olan döyüşçülərlə birlikdə Şıxovda yerləşən hərbi hissəyə göndərdilər. Bir gecə orada qaldıq. Səhər Bakıdan yola düşdük. Ural maşını ilə Murov dağını aşaraq Kəlbəcərdən Laçına doğru getdik. Qərargah tərəfindən birinci rotanın starşinası Yusifi bizim üzərimizdə başçı qoydular. Biz Piçənis kəndinə gəlib çatanda artıq hava qaralırdı. Qərargahda bizi üçüncü rotanın çəxsi heyətinə qəbul etdilər. Mən Əbilin tağımında artilleriya komandiri kimi qeydiyyata düşdüm.

Bizim üçüncü rotanın şəxsi heyəti tam olmadığı üçün bizi keçirilən hərbi əməliyyatlara buraxmırdılar. Bir neçə gün keçmişdi ki, axşam tərəfi birinci postdan xəbər gəldi ki, bir UAZ maşını kəndə gəlir. Müdafiə Nazirliyinin əks-kəşfiyyat rotasından olan kapitan və bir leytenantı mən ştaba apardım. Mehdi müəllimə raport verdim. Onlar mayor Süleyman Əhmədovun yanına girdilər. Bir azdan Mehdi müəllim məni çağırıb dedi ki, bura 2 nəfər döyüşçü çağır gəlsin. Amma həmin döyüşçülərdən biri Bülüldüzdən olsun Mən Pircahanlı Natiqlə Asifi çağırdım. Kapitan Rzaquliyev Füzuli bizə dedi ki, bu zabitlərlə Şuşaya kəşfiyyata gedirsiniz. Biz ərzaq və döyüş sursatı götürdük. Mayor Süleyman Əhmədov bizə öz tapşırıqlarını verdi. Mehdi müəllim mənə yaxınlaşıb “uşaqlardan muğayat ol, onlar hələ döyüşə girməyiblər” dedi. Biz yola düşdük.

 

 “Vağazindən keçib İpək kəndinə doğru irəliləməyə başladıq”

 

Yolda öyrəndim ki, kapitanın adı Mürvət, leytenantın adı isə Çingizdir. Biz gəlib Pircahan kəndinə çatdıq, Laçın polislərinin olduğu evə getdik. Gecəni orada qaldıq. Səhər saat 5-də qalxdıq. İki qrupa bölündük. Bizim qrup 8 nəfərdən ibarət idi. Kapitan Təvəkkul Agcabədinin Hindarx qəsəbəsindən, kapitan Sabir
Sabirabaddan, leytenant Babək Qərbi Azərbaycandan və leytenant Çingiz də Laçın rayonunun İpək kəndindən idi. Bizim rotadan mən, Natiq, Asif və 2-ci rotadan İsmayıl Vağazin kəndindən idi. Biz yola düşdük.

Vağazin kəndini keçərək İpək kəndinə tərəf irəlilədik…

 

 “Hər tərəf açıqlıq idi, bizi görə bilərdilər”

 

Biz İpək kəndinə çatanda günortanı keçmişdi. 20 dəqiqə dincəldikdən sonra daga qalxmağa başladıq. Yol çox sərt idi. Qayaların, daşların arasıyla  qalxırdıq. Bir-birimizdən 7-10 metr aralı gedirdik. Qabaqda İsmayıl, arxasınca mən, sonra kapitan Təvəkkul, Çingiz və digərləri, ən arxadan isə Natiq çiynində pulemyot gəlirdi. O, Asiflə danışırdı. Kapitan Sabir onlara susmağı işarə elədi. Ayaq səslərindən və ayagımızın altından çıxıb dərəyə yuvarlanan daşların səsindən başqa heç nə eşidilmirdi.

 

Hər tərəf açıqlıq idi, bizi görə bilərdilər. Çox həyəcan keçirir, dağa qalxdıqca təngnəfəs olurduq. Yorulsaq da, dayanmırdıq. Çox çətinlikdən sonra nəhayət ki, zirvəyə çatdıq, otların üstündə uzanıb bir az dincəldik və dağın o biri üzü ilə aşağı enməyə başladıq…

 

“Artıq Şuşanın Xanabad kəndi görünürdü”

 

Biz Xanabad kəndinə iki istiqamətdən girməyi qərara aldıq. Mən, İsmayıl, Təvəkkul və Asif orta hissədən kəndə girməli idik. Çingiz, Babək, Sabir və Natiq isə yuxarı tərəfdən kəndə girməklə həm də bizi muşahidə etməli idilər. Biz kəndə girdik. Bir az irəliləmişdik ki, atəş səsləri eşitdik. Yerə uzandıq. Ermənilər kəndin aşağı tərəfində evləri axtarır, yiyəsiz qalmış toyuqları gullələyirdilər. Təvəkkül evin arxasına keçməyi işarə etdi. İsmayıl məni yanına çağırdı. Hündür otların arasıyla ona tərəf süründüm. Biz ehtiyatla oradan uzaqlaşdıq…

 

“Qaranlıq düşənə qədər qarşı dağa çatmalı idik”

 

Mümkün qədər döyüşməmək əmr olunmuşdu. Çünki bizim vəzifəmiz xəritə çəkmək idi. Gecə çox qaranlıq idi. Yaya olmasına baxmayaraq hava da çox soyuq idi….

 

II HİSSƏ

 

ƏKS KƏŞFİYYAT İDARƏSİLƏ 713-ÜN BİRGƏ ƏMƏLİYYATI

 

  “Qan izləri meşəyə doğru gedirdi

 

..Möhkəm külək əsirdi. Bərk üşüyürdük. Həm də ac idik, heç yemək yeməyə taqətimz də yox idi. Yorğunluqdan ayaq üstə dayana bilmirdik. Növbəylə yatmağa qərar verdik. Növbədə ilk dayanan leytenant Çingiz, sonra mən oldum…

 

Təxminən 1 saat keçmişdi ki, dağın ətəyindən səs gəldiyini eşitdim. Yatan yoldaşlarıma baxdım, əgər atəş açsaydım, onlar çaş-baş qalardılar. Buna görə əvvəlcə İsmayılı və Asifi oyatdım. Asifə “ehtiyatli ol, burda qal” dedim. Biz ikimiz irəli getdik. Artıq dəstəmiz hamısı oyanmışdı. Onlar döyüş mövqeyi tutanda biz xeyli aralanmışdıq. Səslər aydın eşidilirdi, yarı rus, yarı erməni dilində danışırdılar. Qaraltılar görünürdü. 10-15 nəfər idilər. İkimiz də eyni anda qumbaraları atdıq, partlayışla ermənilərin bağırtıları eşidildi. Güclü atısma basladı.

 

Natiq qaçıb bizim yanımıza gəldi. O. əl pulemyotuyla atmağa başladı. O biri yoldaşlar da bizə yaxınlaşıb atmağa başladılar. Bir az keçəndən sonra ermənilər atəşi dayandirdılar. Biz də dayandıq.

 

Bir xeyli keçəndən sonra hava işıqlaşırdı. Duşmən qüvvələri çoxdan meşəyə tərəf qaçmışdı. Onlar elə bilmişdilər ki, dağın başında bizim böyük qüvvəmiz var. Biz səhərin açılmasını gözləyirdik. Leytenant Çingiz,  kapitan Təvəkkül, mən və İsmayıl aşagı enməyə başladıq, orada qumbaraların partladığı  yerdə qan izləri var idi. Bir az da irəli getdik. 4-5 yerdən qan izləri meşəyə dogru gedirdi. Kapitanın əmri ilə təqibi dayandırıb geriyə yoldaşlarımızın yanına qayıtdıq. Hamımız yorgun olsaq da,  üzümüz gülürdü. Hamımız salamat idik, aşağıda gördüklərimizi onlara danışdıq. Geriyə qayıtmalı idik. Qarşıda hələ çox uzun yol var idi….

 

“ŞƏRTLƏŞDİYİMİZ YERƏ ÇATANDA FİŞƏNG ATDIQ”

 

Biz oradan uzaqlaşmağa çalışırdıq. Qalın meşənin ətəyində daha bir yandırılmış kənd var idi. Əsrlər boyu xalqımızın çörək verdiyi bu bədxahlar qanımıza susamışdiıar. Onlar evləri talan eləyib, yandırıb dağıtmışdılar. Biz kəndə girmədən ötüb keçdik. Tələsirdik, məlumatları komandanlığa çatdirmalı idik.

 

Kol-koslardan tuta-tuta Sarıbabaya doğru qalxırdıq. Nəhayət dağın zirvəsinə çatdıq. Çox qaranlıq idi. Uzaqdan atilan mərmi və gullələrin işığını görürdük. Hoçaz tərəfdə döyüş gedirdi. Geçəni dağın başında qaldıq. Səhər açılanda yola düşdük, bir neçə saatdan sonra İpək kəndinə çatdıq. Burada bir az dincəlib Qozlu tərəfə irəlilədik. Qozlunu gunorta keçib Vağazin yoluna çıxdıq və getməyə basladıq. Şərtləşdiyimiz yerə çatanda fişəng atdıq, Vağazində olan 811 nömrəli hərbi hissənin əsgərləri maşınla bizi qarşıladılar. Biz kəndə çatanda qəbiristanlıqda bir neçə əsgərin qəbir qazdıgını gördük, maşını saxlayıb aşagı endik. Məlum oldu ki, 2-ci rota Hoçazda döyüşə girib, şəhidlərimiz var. Bu şəhidlər Vağazin kəndindən oldugu uçun xalası oglu və bir neçə həmkəndlisinin iştiraki ilə hörmət və ehtiramla şəhid qardaşımızı dəfn etdik.

 

Sonra Piçənisə gəldik. Müdafiə Nazirliyinin zabitləri Kəlbəcərə getdilər. Biz isə qərargaha gəlib mayor Süleyman Əhmədova, kapitan Füzuli Rzaquliyev və Mehdi Rustəmova məlumat verdik. Mehdi müəllim “gedin dincəlin, yorgunsunuz” dedi. Uşaqlar rotaya, mən də silah anbarına – qardaşmın yanına getdim. Rövşən və Sədi qanı qara halda oturmuşdular. Soruşdum ki, nə olub? Cavab vermədilər, sadəcə “get yat, dincəl” dedilər.

 

Yorgunluqdan ayaq ustə güclə dayanmışdım. Nə qədər yatdığımı bilmədim. Birdən ayıldım ki, bayırdan səslər gəlirdi. Tez silahımı götürüb bayıra çıxdım. Öyrəndim ki, 1-ci  və 2-ci  rotalar hücuma keçərək 6 şəhid qardaşımızı götürüblər. Mən maşına yaxınlaşdım, şəhidlərin arasında uşaqlıq dostum Alxasov Qasım da var ldi. Onun yanında iki qardaş olan Asəflə Kamlin meyidləri idi. Daha digər qardaşlara baxa bilmədim, gözlərim qaraldı. Mənə elə gəldi ki, yenidən yaralandım, yıxılmamaq üçün maşına söykəndim. Uşaqlıq illərimiz gözlərimin önündən keçdi. Sanki Qasım indi oyanıb gülə-gülə “gedək qisasımı alaq” deyəcək idi..

 

İGİD TEYMURLU
milletinsesi.az

mersin escort
mersin escort