Koronavirus təhlükəsi ilə əlaqədar teatr və konsert müəssisələrindəki tədbirlər təxirə salınıb

“Teatr və konsert müəssisələrindəki tədbirlər təxirə salınlb”.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O qeyd edib ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq tapşırığı əsasında koronavirus təhlükəsi ilə əlaqədar martın 7-dən 27-dək Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələrindəki tədbirlər təxirə salınıb.

Share: