İranın daxili işlər nazirinin müavini koronavirusa yoluxub

İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar da koronavirusa (COVİD 19) yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sözçüsü Əli Bəxtiyari deyib.

Ə. Bəxtiyari bildirib ki, təşkilatın sədri ötən həftə qripə yoluxma əlamətləri ilə həkimə müraciət edib, onun koronavirusa yoluxduğu məlum olub.

Ə. Bəxtiyarinin sözlərinə görə, İ. Nəccarın səhhəti yaxşılaşdığı üçün bu gün o, həkimlərin göstərişi ilə evə buraxılıb və ev şəraitində karantinə alınıb.

Qeyd edək ki, ötən iki həftə ərzində İranda bir neçə məsul şəxs və rəsmilər koronavirusa yoluxub. Onlardan bəzisi epidemiyadan həyatını itirib.

Share: