Azərbaycanda canavarlar kəndə hücum etdi

Cəlilabad rayonunda canavarlar kənd sakininin mal-qarasını yaralayıb.

Milletinsesi.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Hücum edən canavarlar kənd sakininin bir baş iribuynuzlu heyvanını yaralayıb. Yaralı heyvana baytar tərəfindən lazımi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub.

Kənd sakinləri bildirib ki, canavarların kəndə hücumu mütəmadi olaraq baş verir.//Report.az

Share: